Rail Məlikov 90, Arif İsayev 63 dəqiqə oynadı
12.05.2013 - 18:25
Rail Məlikov 90, Arif İsayev 63 dəqiqə oynadı
Bu gün Türkiyə PTT I liqasında XXXIV turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günü Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Rail Məlikovun komandası “Dənizlispor” növbəti matçını keçirib.

Həmyerlilərimizin komandası doğma publika önündə “Bucaspor”u sınağa çəkib. Görüşdə Dənizli klubu 2:0 hesabı ilə qələbə qazanıb.

Bu qarşılaşmada “Dənizlispor” baş məşqçi Özcan Bizati Raillə Arifə ilk “11-lik”də şans verib. Məlikov meydanda 90, İsayev isə 63 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Dənizlispor” bu qələbədən sonra xalını 43-ə çatdırıb və türnirin cədvəlinin 11-ci pilləsinə yüksəlib.