Yığmamızın hücumçusunun komandası uduzdu
12.05.2013 - 17:15
Yığmamızın hücumçusunun komandası uduzdu
Milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in U-23 komandası Almaniya Regionalliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” doğma azarkeşləri önündə “Frayburq”ın II klubu ilə üz-üzə gəlib.

Görüşdə “Kayzerslautern” qonaqlara məğlub olub – 1:2. Rüfət isə meydana 66-cı dəqiqədə daxil olub.

Bu məğlubiyyətdən sonra Dadaşovun komandası hazırda 54 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.

Qeyd edək ki, Rüfət Dadaşov millimizin mayın 29-da Qətərlə yoldaşlıq görüşü və iyunun 7-də Lüksemburqla seçmə mərhələ oyunu üçün dəvət alıb.