“Qələbəni onlara həsr edirik”
13.05.2013 - 19:35
“Çoxlu qol epizodları yaratdıq. Hamısından istifadə edə bilməsək də, yarısını qola çevirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının XXXI turu çərçivəsində səfərdə “Turan”a 3:5 hesabı ilə qalib gəldikləri oyuna şərh verib: “Bu mövsüm “Turan”a hər üç oyunda məğlub olmuşduq. Son oyunda qalib gəldiyimiz üçün şadam. Mövsümdə göstərdiyimiz ən yaxşı oyun idi. Hər iki qapıçımızın bu gün ad günüdür. Qələbəni onlara həsr edirik”.
Mənbə: pfl.az

0
0