“Rəvan”ın hücumçusu AZAL-a qarşı oynamayacaq
13.05.2013 - 22:02
Topaz Premyer Liqasının XXXI turu çərçivəsində sabah AZAL-ı qəbul edəcək “Rəvan” oyuna hazırlığı başa vurub. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda bu gün keçirilən məşqdən sonra oyun saatını gözləməyə başlayıb.
“Bayıl stadionu”nda baş tutan son məşq təxminən 1 saat davam edib. Baş məşqçi Ramil Əliyev hazırlıq ərzində yetirmələrini qısa və dəqiq ötürmələr üzərində xüsusi çalışdırıb. Futbolçular təzyiq altında topu özündə maksimum dərəcədə çox saxlamaq tapşırığını da yerinə yetirib. Məşqin sonunda isə cinah asmaları və qapıya zərbələr üzərində işləməyə imkan olub.
Qeyd edək ki, “Rəvan” növbəti oyun üçün yalnız 1 itki var. Amma bu, çox ciddi itkidir. Belə ki, cari mövsüm 14 qol vuraraq komandanın əsas qoleadoruna çevrilmiş Xuan Manuel Varea sarı vərəqə limitini doldurduğuna görə cəzalıdır və 1 matç buraxmalı olacaq. Argentinalı qoleador cari mövsüm Topaz Premyer Liqasındakı bütün oyunlarda start heyətində meydana çıxmışdı. Başqa sözlə, onun seriyası da qırılacaq.
Əvəzində “Kəpəz”lə son oyunda cəzalı olan Orxan Lalayev, Samuel Barlay və Miloş Adamoviç cəzasını başa vurub. Baş məşqçi Ramil Əliyev bu “üçlük”dən savayı, zədələrini sağaldan Nikolay Orlovski və Mindauqas Kalonasın da xidmətindən yararlana biləcək.
Sabah “Bayıl stadionu”nda keçiriləcək “Rəvan” – AZAL oyuna “uçan aslanlar” üçün cari mövsüm doğma divarlar arasında son görüş olacaq. Qarşılaşmanın saat saat 17:30-da başlayacaq.

0
0