Frank Riberi komanda yoldaşından küsdü
14.05.2013 - 06:07
“Bavariya”nın futbolçusu Frank Riberi komanda yoldaşı Jerom Boatenqdən küsüb. Apasport.az saytının məlumatına görə, bunun səbəbləri isə çox maraqlı bir şəkildə baş verib.
Belə ki, Münhen klubu Bundesliqada çempionluq zəfərini bayram edən zaman, müsəlman olduğu bilinən fransalı yarımmüdafiəçi əvvəlcədən komanda yoldaşlarından spirtli içkiləri ondan uzaq tutmalarını istəyib. Lakin Boatenq Riberinin bu sözlərinə məhəl qoymayaraq, onun başından aşağı pivə töküb.
Qanaəsilli almaniyalı müdafiəçinin bu hərəkətinə olduqca əsəbiləşən Frank onunla bir daha danışmayacağını bildirib. O, Jeromun bunu bilə-bilə etdiyini vurğulayıb.

0
0