Qərb derbisinin özəllikləri
14.05.2013 - 10:38
Qərb derbisinin özəllikləri
Topaz Premyer Liqasının XXXI turunun ilk oyun günü Qərb derbisi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Turan”la “Kəpəz” arasında 43-cü oyun məhsuldarlığı ilə diqqət çəkib. 8 qolun vurulduğu, gəncəlilərin 5:3 hesabı ilə əzmkarlıqla qələbə qazandığı oyun təkcə qollarla deyil, statistik məqamlarla da zəngin olub. Bu məqamların 11-i daha çox diqqət çəkir.

Derbidə 2-ci dəfə

Qərb derbisi 21 illik tarixində yalnız 1 dəfə daha məhsuldar alınmışdı. 13 il əvvəl 9 qolun vurulduğu görüşdə “Kəpəz” rəqibini darmadağın etmişdi.

16.04.2000 Kəpəz (Gəncə) – Turan (Tovuz) – 9:0

Hər 2 komandanın 3 və ya daha artıq qol vurmasına da 2-ci dəfə təsadüf olundu. 18 il əvvəl qərblilər buna nail olmuşdu.

02.08.1995. Turan (Tovuz) – Kəpəz (Gəncə) – 3:3

5 qolla 5-ci qələbə

“Kəpəz”in 5 qol vurub qalib gəldiyi matç komandanın cari çempionatda yubiley – 5-ci qələbəsi olub. Bu, həm də Mahmud Qurbanovun baş məşqçi karyerasında Premyer Liqada qazanılan 5-ci qalibiyyətidir.

8 qol

Topaz Premyer Liqasında mövsümdə 4-cü dəfə 1 oyunda 8 və daha çox qol vuruldu. Bunadək 1 oyunda 9, 2-də isə 8 top vurulmuşdu.

17.11.2012. Neftçi (Bakı) - Sumqayıt - 8:1
16.09.2012. AZAL (Bakı) - Qarabağ (Ağdam) – 6:2
30.03.2013. Turan (Tovuz) - Rəvan (Bakı) – 2:6


1 hissədə 7 qol

“Turan” – “Kəpəz” oyununun 2-ci hissəsində qapılara 7 qol vurulub. Gəncəlilərin 5:2 hesabı ilə qalib gəldiyi 45 dəqiqə mövsümün yeni rekordu olub. Bunadək 45 dəqiqədə ən çoxu 6 qol qeydə alınmışdı.

17.11.2012. Neftçi (Bakı) - Sumqayıt - 5:1 (I hissə)
16.09.2012. AZAL (Bakı) - Qarabağ (Ağdam) – 4:2 (II hissə)


5 qol

Premyer Liqada mövsümün gedişində 8-ci dəfə komandalardan biri 5 və ya daha çox qol vurub. Bunadək AZAL 2, “Qarabağ”, “Neftçi, “Rəvan”, “Turan” hərəyə 1 dəfə bunu bacarmışdı.

3 qol buraxıb uduzmaq

Mövsümdə ilk dəfə 3 qol vuran komanda məğlub olub. Ən azı 3 qol vuran komanda 39 dəfə qalib gəlib. “Turan” isə 3 qol vurub nəinki 3, heç 1 xal da qazanmayan ilk klub olub.

İki penalty

Mövsümdə 3-cü dəfə 1 oyunda 2 penalti təyin olunub. Hər komanda lehinə təyin olunan yeganə imkandan maksimum yararlanıb. Bunadək mövsümdə 2 dəfə belə hadisə yaşanmışdı. Ötən il komandaların hərəsi 1 penalti qazansa da, heç biri bundan istifadə etməmişdi. Bu il yaşanan ilk hadisədə isə “Xəzər Lənkəran” hər 2 penaltidən qol vurmağı bacarıb.

27.10.2012. Qəbələ - Turan (Tovuz) – 0:1
03.03.2013. Xəzər Lənkəran - Sumqayıt – 2:2


3-cü het-trik

“Turan”ın qapısına 3 qol vuran Pərvin Paşayev mövsümün 3-cü het-trikini rəsmiləşdirib. Bu komandaların təsnifat mərhələsinin 2-ci dövrəsində də het-trik qeydə alınmışdı. Həmin vaxt “Kəpəz”in qapısına 3 qolu Salif Ballo vurmuşdu. Digər het-trik də “Turan”ın oynadığı matçda qeydə alınıb. Xuan Manuel Varea “Rəvan”ın 3 qolunu vurub.

02.12.2012. Turan (Tovuz) - Kəpəz (Gəncə) – 5:1 (Salif Ballo)
30.03.2013. Turan (Tovuz) - Rəvan (Bakı) – 2:6 (Xuan Manuel Varea)


Cəmi 52 tamaşaçı

Məhsuldar görüşü cəmi 52 tamaşaçı izləyib. Bu da Qərb derbisinin paytaxtda keçirilməsi ilə bağlıdır. Cari mövsüm Premyer Liqada cəmi 5 matçda daha az tamaşaçı olmuşdu. Təbii ki, cəza üzündən azarkeşsiz keçirilən “Qarabağ” – “Qəbələ” matçı istisna olmaqla.

03.03.2013. Kəpəz (Gəncə) -Simurq (Zaqatala). Dalğa Arena - 50 tamaşaçı
19.04.2013. Kəpəz (Gəncə) - Turan (Tovuz). Dalğa Arena - 30 tamaşaçı
27.04.2013. Kəpəz (Gəncə) – Sumqayıt. Dalğa Arena - 50 tamaşaçı
03.05.2013. Turan (Tovuz) - AZAL (Bakı). Dalğa Arena - 30 tamaşaçı
08.05.2013. Kəpəz (Gəncə) - Rəvan (Bakı). Dalğa Arena - 50 tamaşaçı


Vərəqəsiz

“Turan” oyunu vərəqəsiz bitirib. Bu, mövsümdə 28-ci belə haldır ki, komandalardan biri 90 dəqiqə ərzində vərəqə ilə cəzalanmır: “Qarabağ” 5, “Turan” 4, AZAL, “Bakı”, “Xəzər Lənkəran” hərəsi 3, “İnter”, “Kəpəz”, “Neftçi”, “Sumqayıt” hərəsi 2, “Rəvan”, “Simurq” hərəsi 1 dəfə.

Yeni hakim

“Qərb derbisi”ni idarə edən Ramil Əhmədov Premyer Liqada debüt edib. O, cari mövsüm çempionat matçına təyinat alan 13-cü hakim olub. Onlardan 3-ü – Ömər Paşayev, Namiq Bəkirov və Ramil Əhmədov bu il ilk matçına çıxıb.

1
Əliyar Ağayev
26
2
Rəhim Həsənov
23
3-5
Elçin Məmmədov
21
Vüsal Əliyev
21
Fariz Yusifov
21
6
Anar Salmanov
20
7
Rauf Cabbarov
16
8
Elvin Əsgərov
14
9
Orxan Məmmədov
11
10
Ramil Diniyev
6
11-13
Ömər Paşayev
1
Namiq Bəkirov
1
Ramil Əhmədov
1