Rail Məlikovla Arif İsayev üsyan etdi - VİDEO
14.05.2013 - 15:51
Rail Məlikovla Arif İsayev üsyan etdi - VİDEO
“Dənizlispor” klubunun futbolçuları rəhbərliyə qarşı üsyan edib. Apasport.az saytının məlumatına görə, uzun müddətdi maaş ala bilməyən oyunçular dünyada az rast gəlinən aksiya keçiriblər.

Belə ki, komandanın 31 futbolçusundan 24-ü mətbuat konfransı keçirib. Onlar komandanı “Ankaragücü” ilə oyunda elitada saxlamalarına baxmayaraq, vəd edilən 300 min lirənin (150 min manat) hələ də verilməməsindən narazı olduqlarını bildiriblər.

Aralarında Rail Məlikov və Arif İsayevin də imzası olan bəyanatda klub rəhbərliyi tənqid olunsa da, Dənizli Bələdiyyə sədri Osman Zolan, İcra Hakimiyyətinin başçısı Abdulkadir Dəmir və polis şöbəsinin rəisi Zəki Bulut çətin günlərdə onlara yardım etdikləri üçün təşəkkürə layiq görülüb. Son məlumata görə, bu toplantıdan xəbər tutan rəhbərlik futbolçuların oyunbaşı mükafatlarını bir-bir ödəyib.

Qeyd edək ki, Arif İsayev dünən apasport.az-a verdiyi müsahibədə özəl işləri ilə əlaqədar vətənə gec qayıdacaqlarını bildirmişdi. Görünür, futbolçu məhz “özəl iş” deyəndə, bu üsyanı nəzərdə tuturmuş...

0