Böyükağa Hacıyev Mehman Allahverdiyevə çatdı
14.05.2013 - 18:50
Böyükağa Hacıyev Mehman Allahverdiyevə çatdı
Ardıcıl 3-cü dəfə çempion olan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev karyerasında 3-cü dəfə Azərbaycan çempionu tituluna qovuşdu. Apasport.az saytının məlumatına görə, çalışdırıcı bununla da ölkənin 4 ən titullu mütəxəssisi sırasına düşüb.

2005/06 mövsümündə “Bakı”, ötən il “Neftçi” ilə zəfərə çatan Hacıyev Mehman Allahverdiyevin nəticəsini təkrarlayıb. Sonuncu 3 dəfə çempion olan məşqçilər sırasında “Kəpəz”dəki uğurları hesabına yer alıb.

Üçqat çempion olan bu 2 mütəxəssis yalnız təcrübəli Ağasəlim Mircavadovla Kazbek Tuayevdən geri qalır. 4 klubla – “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Şəmkir”lə tarix yazan Mircavadov ümumilikdə 5 dəfə çempion adını əldə edib. O, yalnız “Şəmkir”də bunu 2 dəfə - özü də ardıcıl bacarıb. Tuayev isə 1 dəfə “Turan”, 3 dəfə “Neftçi”ni zirvəyə daşımaqla 4 çempionluğun memarıdır. Ümumilikdə 20 Azərbaycan çempionluğunu 9 mütəxəssis əldə edib.

Qeyd edək ki, 1996/97 mövsümündə qızıl medal “Qarabağ”ın baş məşqçisi Elbrus Abbasova verilsə də, çempionluq Kazbek Tuayevli “Neftçi”yə sayılır.

mövsüm
Çempion
1992
Əhməd Ələsgərov
1993
Ağasəlim Mircavadov
1993/94
Kazbek Tuayev
1994/95
Mehman Allahverdiyev
1995/96
Kazbek Tuayev
1996/97
KazbekTuayev
1997/98
Mehman Allahverdiyev
1998/99
Mehman Allahverdiyev
1999/2000
Ağasəlim Mircavadov
2000/01
Ağasəlim Mircavadov
2001/02
yarımçıq qalıb 
2002/03
keçirilməyib
2003/04
Kazbek Tuayev
2004/05
Ağasəlim Mircavadov
2005/06
Böyükağa Hacıyev
2006/07
Ağasəlim Mircavadov
2007/08
Valentin Xodukin
2008/09
Qyoko Hacievski
2009/10
Kaxaber Sxadadze
2010/11
Arif Əsədov
2011/12
Böyükağa Hacıyev
2012/13
Böyükağa Hacıyev
0