Nikolas Kanales: Mövsüm möhtəşəm idi
15.05.2013 - 09:06
Topaz Premyer Liqasının başa çatmaqda olan 2012/13 mövsümü “Neftçi”nin futbolçusu Nikolas Kanalesin karyerasında ən uğurlulardan biridir. Apasport.az saytının məlumatına görə, 9 il əvvəl vətənində çempionluq sevinci yaşayan çilili hücumçu karyerasında 2-ci qızıl medalı Azərbaycanda qazanıb.
Mövsümün bombardirləri yarışında lider olan Kanales ölkəmizdəki debüt ilini özü üçün müsbət dəyərləndirib: “Möhtəşəm mövsüm başa çatır. Şükürlər olsun ki, karyeram bu səviyyədə davam edir. Çox sevinirəm ki, “Neftçi”də mənə inanır və dəstəkləyirlər. Buna görə hamıya təşəkkür edirəm. Artıq çempıonuq!”.

0
0