AZAL-dan 2 rekord
15.05.2013 - 10:03
AZAL-dan 2 rekord
AZAL Topaz Premyer Liqasının XXXI turunda “Rəvan”a 5:3 hesabı ilə qalib gəldiyi oyunda 2 rekord edib. Apasport.az saytının məlumatına görə, 54 xalı olan “təyyarəçilər” xal sayına görə ikinci “altılığ”ın mütləq rekordçusu olub. Bundan əlavə, AZAL cari mövsümün gedişində 3-cü dəfə 5 və daha çox qol vuran komanda kimi liderdir. “Qarabağ”, “Neftçi, “Rəvan”, “Turan” hərəyə 1 dəfə bunu bacarıb.

“Rəvan” isə “Turan” kimi 3 qol vurub uduzan komanda oldu. Maraqlıdır ki, tovuzlular da bu turda “Kəpəz” 3:5 hesabı ilə yenilib.

Cari çempionatda artıq 5-ci dəfə 1 oyunda 8 və daha çox qol vurulub. Bunadək 1 matçda - “Neftçi”nin “Sumqayıt”a 8:1 hesabı ilə qalib gəldiyi oyunda qapılardan 9 top keçmişdi. Həmin AZAL “Qarabağ”ı, “Rəvan” isə “Turan”ı 6:2 hesabı ilə yenib.