Formal finiş
15.05.2013 - 10:50
Topaz Premyer Liqasının XXXII turu formal xarakter daşıyacaq. Apasport.az saytının məlumatına görə, çempionatın finişi heç bir ciddi əhəmiyyət kəsb etmir.
Belə ki, 12 iştirakçı komandadan 7-si son turun nəticəsindən asılı olmayaraq mövsümü hansı pillədə başa vuracağını bilir. Özü də bu 7 pillə həlledici mövqelərdir. Yəni avrokuboklar zonası, aşağı dəstəyə düşənlərin tutacağı yer də artıq dəqqidir.
XXXI turdan sonra “Neftçi” 1-ci, “Qarabağ” 2-ci, “İnter” 3-cü, “Simurq” 4-cü, “Turan” 11-ci yeri “özəlləşdirib”. Bunadək isə “Kəpəz” 12-ci, AZAL 7-ci pilləni təmin etmişdi. Bir sözlə, son tur yalnız 5-6 və 8-10-cu yerlərin sahiblərini müəyyənləşdirəcək. Əslində bunlar yalnız formallığa xidmət edir.
Eyni xala malik “Bakı” və “Qəbələ” 5-ci yer üçün qiyabi mübarizəni mayın 19-da baş tutacaq son turda başa vuracaq. Onlar müvafiq olaraq “Neftçi” ilə “İnter”in qonağı olacaq. Artıq qızılla bürüncü təmin edən bu 2 komandaya isə xal da lazım deyil. Bu üzdən qələbəsi gözlənilən ilk “altılığ”ın autsayderlərinin elə eyni xalla mövsümü bitirməsi gözləniləndir. Bu halda 5-ci yer “Bakı”nın olacaq – 0:1, 1:1, 1:1, 2:0.
Mayın 20-də - çempionatın son oyun günündə isə “Xəzər Lənkəran” “Rəvan”la 8-cilik üçün əyani mübarizə aparacaq. Sonuncular isə “Sumqayıt”la da qiyabi yarışacaq. 40 xalı olan lənkəranlılar uduzmamaqla 8-ci olacaq. 3 xal geridə qalan paytaxt futbolçuları isə mütləq qalib gəlməlidir ki, “ikincilər” arasında 2-ci olsun. Çünki xallar bərabərləşsə şəxsi oyunlar “Rəvan”ın xeyrinə olacaq – 1:1, 0:4, 1:0 və qazanılacaq son qələbə.
35 xalı olan “Sumqayıt” isə “Turan”ın qonağı olacaq. 10-cu pillədən uzaqlaşmaq üçün Bernhard Raabın yetirmələrini yalnız qələbə qane edir. Özü də bu qələbə o halda yararlıdır ki, “Xəzər Lənkəran” “Rəvan”a uduzmasın. Cənublular da, “Sumqayıt” da qalib gəlsə “Gənclik şəhəri” təmsilçisi xal hesabında “Rəvan”ı arxada qoyacaq. Lənkərandakı heç-heçə isə “Sumqayıt”la “Rəvan”ın xallarını eyniləşdirəcək. Bu halda 8-ci olan “Xəzər Lənkəran”ın ardınca “Sumqayıt” qərarlaşacaq. Çünki onlar paytaxt təmsilçisi ilə şəxsi oyunlarda səfər qolları hesabına öndədir – səfərdə 3:2, 0:3, evdə 4:1, 0:1.

0
0