Yuri Syomin: Onu tək qoymaq olmaz
16.05.2013 - 12:09
“Branislav İvanoviç İngiltərə Premyer Liqasının başla oyun üzrə ən yaxşı mütəxəssislərindən biridir. Xüsusilə, rəqib qapısı qarşısındakı standart vəziyyətlərdə”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi postuna əsas namizəd Yuri Syomin deyib.
Avropa Liqasının finalı haqda fikirlərini açıqlayan Syomin “Çelsi” və “Benfika” arasındakı oyunun taleyini həll edən Branislav İvanoviç haqda xoş sözlər deyib.
Moskva “Lokomotiv”indəki fəaliyyəti ilə ad çıxaran mütəxəssis 2006-08-ci illərdə bu komandada oynamış serbiyalının qolunda portuqaliyalıları da günahlandırıb: “Gözlənildiyi kimi, oyun çox gərgin alındı. Hər iki komanda maraqlı futbol nümayiş etdirdi. Fikrimcə, “Benfika”nın oyunçuları İvanoviçə tam konsentrasiya ilə yanaşmadılar. Buna görə də o, qol vurdu. Onu cərimə meydançasının daxilində tək qoymaq olmaz”.
Qeyd edək ki, Branislav hesab 1:1 olarkən oyunun 90+2-ci dəqiqəsində vurduğu qolla kuboku londonlulara qazandırıb.

0
0