Asiyanın çempion olmuş futbolçuları Bakıya gəlir
16.05.2013 - 12:47
Asiyanın çempion olmuş futbolçuları Bakıya gəlir
17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək 3-cü “Caspian Cup” beynəlxalq turnirinin iştirakçılarından olan Özbəkistan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Dilşad Nurəliyevin yetirmələri artıq dünəndən paytaxt Daşkənddəki “Çığatay” hazırlıq mərkəzində məşqlərə başlayıb.

Mayın 20-dək bu şəhərdə hazırlıq keçəcək özbəklərin 2 yoldaşlıq görüşü də keçirməsi planlaşdırılıb. Bunun üçün hazırlıqlara 23 futbolçu cəlb olunub. Bunlardan yalnız qapıçı Şahrux Raimov 1997 təvəllüdlü futbolçudur. Qalan oyunçular isə 1996 təvəllüdlüdür.

Qapıçılar: Şahcahan Eşbutayev (Yanqiyer), Akobir Kayumov, Şahrux Raimov (hər ikisi “ROZK-Paxtakor”), Sərvər Kərimov (Lokomotiv)

Müdafiəçilər: Şahcahan Kiliçev (Məşəl), Rüstəm Aşurmatov (Bunyodkor), Adil Hamrobəyov (Nəsəf), Husniddin Qafurov (NBU-Aziya), Əzəmət İlyasov (Orol), İslam İsmayılov (Paxtakor)

Yarımmüdafiəçilər: Daler Niyazov (Yanqiyer), Mənsur Nurəliyev (Metallurq), Atabəy Şükürov (Məşəl), Şahzod Açilov (Nəsəf), Aybəy Erkinov, İslam Kərimov, Əlişir Mirzəyev (hər üçü “RKOR-Paxtakor”), Zarbulla Umarov (Bunyodkor), İzzət Abdullayev (Paxtakor)

Hücumçular: Abbas Nemətillayev (Lokomotiv-BFK), Akobir Turayev (Buxara), Şahcahan Abbasov (Məşəl), Humayun Aqzamov (Paxtakor)

Qeyd edək ki, Özbəkistan U-17-si hazırkı Asiya çempionları hesab olunur. Asiya təmsilçisi bu il oktyabrın 17-dən noyabrın 8-dək BƏƏ-də keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək.