“Qarabağ”ın bombardiri mövsümü bitirdi
16.05.2013 - 15:04
“Qarabağ”ın 2 futbolçusu üçün mövsüm erkən bitib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, millimizin də kapitanı olan Rəşad Sadıqov kimi braziliyalı futbolçu Riçard Almeyda çempionatımızın son turunda mayın 14-də “Simurq”la ev oyununda meydana çıxa bilməyəcək. Riçard da ötən turda “Bakı”ya matçda zədələnərək, sol çiynindən xəsarət alıb. Onun qayıdışı üçün 5-10 gün lazım olduğundan, indidən istirahətə çıxa biləcək.
Qeyd edək ki, ötən yay transfer olunan Almeyda cari çempionatda vurduğu 13 qolla ağdamlıların bombardiridir.
Qeyd edək ki, ötən yay transfer olunan Almeyda cari çempionatda vurduğu 13 qolla ağdamlıların bombardiridir.
0
0