“Qarabağ”da daha 2 imza
16.05.2013 - 15:15
“Qarabağ” daha 2 futbolçu ilə müqaviləni yeniləyib. Apasport.az saytının məlumatına görə, daha öncə Maksim Medvedev, Vüqar Nadirov, Fərhad Vəliyev və Namiq Yusifovla müqavilə imzalayan Ağdam klubu bu dəfə 2 legionerlə danışıqları uğurla tamamlayıb.
Bunlar albaniyalı müdafiəçilər Admir Teli və Ansi Aqollidir. Hər 2 futbolçu 1 illik müqaviləyə imza atıb və növbəti mövsümdə də “Qarabağ”ın uğurları üçün tər tökəcək.
Qeyd edək ki, Teli 2009-cu ilin yanvarından “Qarabağ”da top qovur. Mərkəz müdafəçisi mövqeyində çıxış edən Teli stabilliyi ilə də seçilir. Admir ötən mövsüm bütün oyunlarını əvəzedilmədən keçirib və cari mövsüm bu seriyanı ümumilikdə 88-ə çatdıraraq rekord qırıb. Albaniya millisinin də şərəfini qoruyan sol cinah oyunçusu Aqolli isə “Qarabağ”a 2010-cu ilin yayında qoşulub.

0
0