“Sumqayıt” ilk dəfə yeni məkanda hazırlıq keçdi
16.05.2013 - 15:48
Topaz Premyer Liqasının XXXI turunda “Bayıl Arena”da "Xəzər Lənkəran" üzərində qələbə qazanan (1:0) "Sumqayıt" iki günlük istirahəti başa vurub. Apasport.az saytının məlumatına görə, Sumqayıt komandası bu gün Bernhard Raabın rəhbərliyi altında yenicə açılmış Sumqayıt İdman Mərkəzində ilk məşqinə çıxıb.
Stadionu təmirdə olduğu üçün buna qədər hazırlıqları Bayılda keçirən "Sumqayıt"ın heyətində 2 zədəli futbolçu yer alır. Belə ki, əsas millimizin və U-19-un üzvləri - Pərdis Fərcad-Azadla Orxan Əliyev hələ də hazırlıq prosesində iştirak edə bilmir.
Qeyd edək ki, "Sumqayıt" sonuncu turda “Turan”ın “qonağ”ı olacaq. Oyun mayın 20-si saat 18:00-da "Dalğa Arena"da keçiriləcək.

0
0