81 gündən sonra qırılan seriya
16.05.2013 - 20:04
Topaz Premyer Liqasının XXXI turu çərçivəsində AZAL-ı qəbul edən “Rəvan” cari mövsüm son ev oyununu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda məğlub olmaqla ev matçlarındakı qələbə seriyasının qırılmasına mane ola bilməyib.
Belə ki, “uçan aslanar” Premyer Liqanın final mərhələsində buna qədər doğma divarlar arasında keçirdiyi 4 oyunun hamısında 3 xala sevinmişdi. “Xəzər Lənkəran” və “Turan”ı 1:0, “Sumqayıt”la “Kəpəz”i isə 3:0 hesabı ilə üstələyən komanda bu dəfə də 3 top vursa da, buraxılan 5 qol məğlubiyyəti qaçılmaz edib. Maraqlıdır ki, AZAL final mərhələsinin ilk dövrəsindəki oyunda da “Rəvan”ın seriyasına son qoymuşdu. Aprelin 20-də baş tutmuş görüşdə komandanın 4 oyunluq qələbə seriyası qırılmışdı.
Buna qədər bütün ev oyunlarında AZAL-ı məğlub edən “Rəvan” bu dəfə yenilməklə həm də 81 gündən sonra doğma divarlar arasında xalsız qalıb. Belə ki, komanda buna qədər evdə son yenilgisini fevralın 22-də “Qarabağ”la qalmaqallı oyunda almışdı. Təxminən 3 ay öncə artıq hakimlikdən uzaqlaş(dırıl)an Elçin Məmmədovun “gözoxşayan” idarəçiliyi “Rəvan”ı məğlub duruma salmışdı.
Topaz Premyer Liqasında mövsüm ərzində ikinci dəfə 8 qolluq oyunda iştirak edən “Rəvan” cari mövsüm 3 qol vurub 1 xal belə qazana bilməyən ikinci komanda olub. Daha öncə elə bu turun “Turan” – “Kəpəz” görüşündə (3:5) anoloji vəziyyət yaranmışdı. Hərçənd buna qədər cari mövsümdə 1 oyuna ən azı 3 qol vuran komanda 39 dəfə qalib gəlmişdi.
AZAL ilə oyunda qollu seriyasını 13 matça çatdıran “Rəvan” həm də ardıcıl 20-ci heç-heçəsiz oyununu keçirib. Özü də 5 qol buraxmaqla. Bu, indiyə qədər klubun Premyer Liqada iştirak etdiyi dönəmdə ən pis nəticədir. Yəni komanda elitada bunadək heç vaxt 5 top buraxmamışdı.
“Rəvan” cari mövsüm ilk dəfə Premyer Liqa matçına Xuan Manuel Vareasız çıxıb. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı olan argentinalı qoleador buna qədər çempionatın 30 oyununun hamısında start heyətində yer almışdı. Bu dəfə isə Varea tribunada əyləşib.
Matçda “Rəvan”ın ilk topunu vuran Nikolay Orlovski isə 149 gündən sonra qola sevinib. Moldovalı legioner sonuncu dəfə ötən il dekabrın 16-da “Sumqayıt”la ev oyununda fərqlənmişdi. Orlovski həmçinin Premyer Liqada ilk dəfə qırmızı vərəqə alıb və bu baxımdan 8-ci “Rəvan”lı olub. Ümumilkdə klubun elita tarixi ərzində ən çox meydandan qovulan futbolçusu Taqim Novruzovdur: hazırda AZAL-da oynayan yarımmüdafiəçi 3 dəfə qarşısında qırmızı vərəqə görüb. Samuel Barlay və Əkrəm Hodziç 2, Şeriff Suma, İvan Vasilyev, Miloş Adamoviç və Orxan Lalayev isə Orlovski kimi 1 dəfə hakimin sərt qərarı ilə üzləşib.

0
0