Almaniya kansleri Çempionlar Liqasının finalını izləyəcək
16.05.2013 - 21:15
Almaniya kansleri Çempionlar Liqasının finalını izləyəcək
Almaniya kansleri Angela Merkel Çempionlar Liqasının finalında üz-üzə gələcək “Borussiya” - “Bavariya” matçını İngiltərənin “Uembli” stadionunda izləməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, mayın 25-də baş tutacaq həlledici mərhələdə o, tək bir komandanı dəstəkləməyəcək.

Merkel bununla bağlı verilən suala cavab vermək istəməyib: “Mən Almaniya kansleriyəm və buna görə “Almaniya” deyəcəyəm. Həmçinin “Uembli” stadionunda mütləq olacağam”.

Qeyd edək ki, Angela Merkel futbol üzrə Almaniya yığma komandasının ən önəmli matçlarını dəfələrlə stadionlarda izləyib.