Frenk Lempard “Çelsi” ilə müqaviləni bir il də uzatdı
16.05.2013 - 21:32
Avropa Liqasının finalında “Benfika”nı 2:1 hesabı ilə məğlub edib, kuboka sahib olan “Çelsi” mərkəzi yarımmüdafiəçisi Frenk Lempardla müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, İngiltərə milli komandasının üzvü “zadəganlar”ın heyətində daha bir il də çıxış edəcək.
Qeyd edək ki, dekabr ayında “Çelsi” rəhbərliyi Lempardla müqavilənin müddətini yeniləmək üçün danışıqlara başlamaqdan imtina etmişdi. İngilis mətbuatı isə iddia edirdi ki, futbolçu karyerasını Amerika MLS liqasında davam etdirmək istəyir.

0
0