“Mourinyo haqqında danışmağa gəlməmişəm”
17.05.2013 - 02:05
“Mourinyo haqqında danışmağa gəlməmişəm”
“Biz finala hazırıq, artıq görüşün başlamasına qədər səbrimiz çatmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın müdafiəçisi Serxio Ramos deyib.

O, bu gün keçiriləcək İspaniya Kral kuboku öncəsi mətbuat konfransında matç haqda fikirlərini ifadə edib: “Düşünürəm ki, finallarda favorit yoxdur. Oynamaq, qalib gəlmək və meydanda bütün güclərini ortaya qoymaq lazımdır. Zəfəri əldə etmək istəyirik. Həmçinin inanılmaz dəstəyə görə, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Əsl uğursuzluq finalda uduzanda ola bilər. Mən Joze Mourinyo haqqında danışmaq fikrində deyiləm. Bura o barədə danışmağa gəlməmişəm”.