Erik Abidal “Barselona”dan gedir
17.05.2013 - 02:43
Erik Abidal “Barselona”dan gedir
“Barselona”da “yarpaq tökümü” başlayır. Apasport.az saytının məlumatına görə, ötən ilin aprel ayında qara ciyərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, uzun müddət yaşıl meydanlardan uzaq qalan Erik Abidal mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılmağa çox yaxındır.

Müqaviləsinin müddəti yayda başa çatacaq olan 33 yaşlı müdafiəçi ona gələn təklifləri dəyərləndirəcək. Özü “Barsa”da qalmaq istədə də, hələ ki klub nümayəndələrindən heç kən onunla danışıqlar aparmayıb. Lakin komandanın mətbuat xidmətinin rəhbəri Toni Freksa Abidalla sonuncu dəfə görüşmək istədiklərini ifadə edib.

Digər iddialara görə, Erik bu mövsüm Fransa çempionu olan PSJ-yə keçə bilər. Onun Paris klubunun prezidenti Nasir Əl-Xəlafi ilə yaxın münasibətləri olduğu üçün bu anlaşmanın gerçəkləşməsi gözlənilir.

Qeyd edək ki, Abidal qara ciyərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, bu mövsüm La Liqada yalnız 4 qarşılaşmada forma geyinə bilib.