Droqba “Qalatasaray”ın idman direktoru ola bilər
17.05.2013 - 04:45
Qışda Çinin “Şanxay Şenxua” klubundan “Qalatasaray”a keçən Didye Droqba İstanbul təmsilçisində yeni vəzifədə çalışa bilər. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili milli komandasının hücumçusu karyerasını başa vurduqdan sonra “Cim-Bom”un idman direktoru olmağa çox yaxındır.
Droqba ilk dəfə bununla bağlı sualları cavablandırıb: “Bu haqda danışmaq üçün tezdir. Çünki hələ futbol oynamaq istəyirəm. Belə bir açıqlamaların olması, məni çox qürurlandırdı”.
Qeyd edək ki, 35 yaşlı forvard “aslanlar”ın heyətində 12 matçda forma geyinib və 5 qola imza atıb.

- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
0
0