Millimizin futbolçusu görünməmiş olayı gerçəkləşdirdi
17.05.2013 - 09:16
Azərbaycan çempionatında möhtəşəm seriya qırılır. Apasport.az saytının məlumatına görə, yığmamızın da üzvü olan Vladimir Levin 9 mövsüm fasiləsiz oynadığı “İnter”dən gedib. Karyerasını “Qəbələ”də davam etdirəcək 29 yaşlı müdafiəçi futbolumuzda görünməmiş olayı gerçəkləşdirib.
Belə ki, 1992-ci ildən keçirilən milli çempionatımızda 1 komandada bu qədər ardıcıl oynayan əcnəbi futbolçu olmayıb. Düzdür, Levin uzun müddətdir Azərbaycan vətəndaşlığını daşısa da, milliləşdirilən legioner, əslən Ukraynanın Odessa şəhərindən olduğunu nəzərə almalıyıq.
“İnter”də 2010-cu ildə Samir Abasovun gedişindən sonra kapitanlıq sarğısını daşıyan Vladimir çempionatda keçirdiyi 205 görüşdə 12 qol vurub. 2004-cü ilin yayında ölkəmizə gələn Levin həmin vaxtdan bu yana güclülər dəstəsində fasiləsiz oynayan 2 əcnəbidən biridir.
Digər futbolçu isə “İnter”də vaxtilə komanda yoldaşı olduğu həmyerlisi Aleksandr Çertoqanovdur. Ancaq 33 yaşlı yarımmüdafiəçi 5 müxtəlif klubda – “İnter”lə yanaşı, “Bakı”, “Neftçi”, “Simurq” və “Qəbələ”də oynayıb.
Ölkəmizdə 1 klubun heyətində 200 oyun keçirən ilk əcnəbi futbolçu isə AZAL-dan Usim Nduka olub. Millimizin də üzvü olmuş 28 yaşlı nigeriyalı müdafiəçi hələ fevralda buna nail olaraq, rekordçu sayılır. Usim uzun müddətdir bir komandada oynasa da, vaxtilə “Olimpik” adlanan klubda 2005-ci ildən milli çempionatın iştirakçısıdır.
Levinə gəlincə, onun gəlişi “İnter”in indiki adını daşıması ilə eyni vaxta təsadüf etdi. Futbolçu komandanın bütün uğurlarında – 2 dəfə çempionluq, 1 dəfə gümüş, 2 dəfə bürünc medal, 1 dəfə “Birlik kuboku”nu qazanmasında iştirak edib. Ancaq Vladimirə yalnız Azərbaycan kubokunu qazanmaq nəsib olmayıb.
Belə ki, 4 dəfə finala kimi irəliləyən “İnter” hələ də ölkə kubokuna həsrət qalıb. Müdafiəçi son turda - “Simurq”a 0:1 hesabı ilə uduzduqları səfər matçında qırmızı vərəqə alaraq getdi ki, nəticədə 1 oyunluq cəzalı olduğundan, mövsüm onun üçün artıq bitib.
Qeyd edək ki, Levin 2008-ci ildə millimizin hazırkı baş məşqçisi Berti Foqtsun dövründə cəlb edilərək, avqustda İran yığmasına 0:1 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə debüt edib.

0
0