Vladimir Levin: Ab-havanı dəyişmək lazımdır
17.05.2013 - 10:33
“Mən hələ “Qəbələ”nin futbolçusu deyiləm. Bu, klubla müqavilə imzalayandan sonra gerçəkləşəcək. Həmin zaman geniş danışarıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in kapitanı Vladimir Levin deyib.
2004-cü ildən ölkəmizdə oynayan 29 yaşlı milliləşdirilən ukraynalı müdafiəçi karyerasını ilk dəfə əyalət təmsilçisində davam etdirəcək. Belə ki, Bakı klubunun lideri bu gün “Qəbələ” ilə 2 illik müqavilə imzalayacaq.
Levinin sözlərinə görə, 9 il fasiləsiz oynadığı klubu tərk etmək qərarını qəbul etməyi heç də asan olmayıb: “Hər halda, uzun müddət “İnter”də oynamışam. Ancaq başa düşdüm ki, ab-havanı dəyişmək lazımdır. Bunu indi gerçəkləşdirmək istədim. Ümid edirəm ki, “Qəbələ”də məndə hər şey uğurlu alınacaq”.
Mehman SÜLEYMANOV

0
0