“Mən də çoxlu pul qazanmaq istəyirəm”
17.05.2013 - 12:39
“İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi
- “Komandanızda islahatlar başlayıb. Artıq Vladimir Levinlə Petar Zlatinov getməyə qərar verib. Bunu necə qarşılayırsınız?
- Normal. Yəqin yeni sınaq, yeni karyera istəyirlər. Elə bizim üçün də belədir. Komanda da öz üslubunu, oyunlarında bəzi komponenti dəyişməlidir. Buna görə baş məşqçinin heyətlə bağlı səlahiyyətləri var. Necə deyərlər, yeni qan axtarmaq lazımdır.
- Yəqin ki, gedənlərin siyahısı artacaq...
- Çempionat hələ bitməyib, 1 oyunumuz qalıb. Mayın 14-də həmin matçla mövsümə yekun vuracağıq. Buna görə də indidən mənim bu haqda danışmağım düzgün olmaz. Əgər onlar bilsələr ki, komandada qalmayacaqlar, onda necə oynayacaqlar? Buna görə daha bu məsələni şərh etmək istəmirəm.
- “İnter”də özünü göstərən azərbaycanlı futbolçulardan, məsələn Asif Məmmədov başqa kluba keçib daha yaxşı qazanmaq istəyər...
- Mən də çox pul istəyirəm, ancaq bu gün daha çox xərcləyirəm (gülür). Çox qazanmağı arzulasam da, reallığı nəzərə almaq lazımdır. Prinsipcə, biz heç kimi incik qoymayacağıq.
- Klubunuzun növbəti mövsüm üçün maliyyə durumu sabit, yoxsa hansısa məhdudiyyətlər olacağından, futbolçular getmək istəyir?
- Yəqin maliyyə durumumuz haqda mənbələriniz sizə məlumat çatdırır. Artıq neçə ildir bizdə məvaciblərlə bağlı heç bir gecikmə olmur. Komandamızın üzvləri pullarını vaxtı-vaxtında alırlar.
- Bəs daha güclü olmağınız üçün büdcə bundan böyük ola bilməzmi? Bunu etməyə nəsə mane olur?
- Əlbəttə, büdcəmiz bundan böyük ola bilər. Ancaq hesab edirəm ki, hazırda yetərincə məqsədəuyğundur. Biz sizinlə bir neçə dəfə şərh etmişdik ki, Azərbaycanda futbolunda oyunçuların qazancı həddən artıq şişirdilib. Belə deyək ki, məbləğlər sərhədi keçir. Qoy, heç kim inciməsin, ancaq burda oynayan futbolçulardan heç biri aldıqları böyük maaşa layiq deyil.
- Yəni düşünürsünüz ki, onların oyun səviyyəsi qazancı tərs mütənasibdir?
- Ümumiyyətlə, hətta Portuqaliya, Fransa çempionatında, I, II liqalarında oynayan yüksək səviyyəli futbolçuların məvacibləri Azərbaycanın aparıcı klublarından çox aşağıdır. Buna görə hesab edirəm ki, futbolumuzun inkişaf tempi məvaciblərin tempi ilə müqayisədə çox ləngdir. Bizim klubda rəhbər mən və baş sponsordur. Ona görə Direktorlar Şurası mənim siyasətimə, konsepsiyama sadiq qalır. Biz əvvəlcə klubun maliyyələşməsində sabitliyi təmin etməliyik, sonra isə hansısa ulduz transferlər etmək düşünməliyik. İstənilən halda, dünya futbolunun ulduzları burda olmayacaq.
- Gürcü baş məşqçiniz Kaxaber Sxadadzenin gələcək taleyinə tam aydınlıq gətirdiniz?
- Bəli, o, komandamızda qalır.
- Növbəti mövsümə Avroliqada sınaqla başlayacaqsınız. Qarşıya hansı vəzifə qoymusunuz?
- Bu, mənim arzum, eyni zamanda həmişə ürəkağrım olub ki... Artıq neçə ildir “İnter”in avrokuboklarda uğurlu çıxışını gözləyirəm. Bizə buna nail olmaq üçün nəsə mane olur. İstəyimə bu mövsümdə çatacağımıza ümid edəcəyik.
- “Neftçi” kimi Avroliqanın qrupuna düşə bilərsiniz?
- Qrupa düşməyimiz əla olardı. Ancaq düşünürəm ki, buna nail olmağımız çox çətin olacaq. Bu, qrupa gedən yolda səbətlərlə də bağlıdır. Artıq III mərhələdə çox güclü rəqiblərlə üzləşirsən.
- “İnter”in çempionluğa iddia etdiyi halda, mövsümü bürünc medalla bitirməyi sizi nə dərəcədə qane etdi? Növbəti mövsüm çempionluğu düşünürsünüz?
- Çempionluğu kim arzulamaz ki? Baxmayaraq ki, biz artıq 2 dəfə buna nail olmuşuq. Bu mövsümdə müəyyən şansımız vardı. Ancaq onu demək lazımdır ki, tempi bir qədər aşağı saldıq. Bizim rəqiblər də pis oynamadı, sabit, güclü təsir bağışladı. Ən əsas oyunlarda qələbə qazanmaq şansını əldən buraxdıq.
- Komandanızda hansı mövqelərin gücləndirilməyini vacib sayırsınız?
- Fikrimcə, bütün. Bunu hücumdan başlayaraq etmək lazımdır. Bu mövsüm həmin mövqedə bizdə həqiqətən çox çatışmazlıq oldu. Özünüz görürsünüz ki, 31 tura 37 qol vurmuşuq. Bu isə azdır. Yəqin ki, orta sahəni də gücləndirməliyik. Müdafiəmiz az-çox sabit olsa da, artıq aparıcı oyunçularımızdan biri – Levin gedib. Buna görə onun yerinə layiqli əvəzləyici tapmalıyıq. Qapı da güclənməlidir. Tək Georgi Lomaya bizə bəs deyil.
Mehman SÜLEYMANOV

0
0