Hakimlərin sevimli komandası - “Qarabağ”!
17.05.2013 - 13:10
Topaz Premyer Liqasının arxada qalan 31 turunda hakimlər qapılara 55 penalti təyin edib. Apasport.az saytının məlumatına görə, bu zərbələrdən yalnız 38-dən yararlanan futbolçular 69,1 faizlik dəqiqlik nümayiş etdirib. Digər 17 zərbə zamanı qapıçılar seviniblər.
Sevimli “Qarabağ”, güclü “Xəzər Lənkəran”
Hakimlərin penalti təyin etmək baxımından ən sevimli komandası “Qarabağ”dı. Ağdam təmsilçisi 8 dəfə belə şans qazanmaqla, hətta “Neftçi”ni də arxada qoyub. Lakin Qurban Qurbanovun komandası bu imkanların hamısından yararlana bilməyib. Premyer Liqanı tərk edəcək “Turan”la “Kəpəz” isə hamıdan az – hərəyə 2 dəfə 11 metrlik zərbə vurmaq imkanı qazanıb.
Gəncəlilər bu zərbələrdən 100 faiz dəqiqlik göstərib. Ümumiyyətlə, dəqiqlik faizinə əsasən yalnız 3 komanda maksimuma nail olub. “Kəpəz” kimi, “Rəvan”la “Xəzər Lənkəran”ın da penaltiləri qarşısıalınmaz olub. Lakin cənublular digər 2 komandadan fərqli, daha çox – 5 zərbəni qola çevirib. Ən bərbad dəqiqlik “Bakı”dadır. “Neftçi”, “Qəbələ” və “Sumqayıt” kimi 3 xətası olan “zolaqlılar” 4 penaltidən yalnız 1-də dəqiq olub.
Yazıq “Turan”, keçilməz “Xəzər Lənkəran”
Hamıdan dəqiq penalti vurmağı bacaran “Xəzər Lənkəran” qapısına təyin olunan zərbələrdə də keçilməzliyi ilə seçilib. Cənublular 3 cəzadan yalnız 1-də qola üzülüblər. “İnter”, “Qarabağ” və “Sumqayıt” isə əksinə, bütün 11 metrlik zərbələri buraxıb.
Hakimlərin penalti ilə cəzalandırdığı komandaların ümumi siyahısına isə “Turan” başçılıq edir. Onlara qarşı amansız olan referilər 12 dəfə qərblilərə sərtə cəza tədbiri görüb. Lakin tovuzlular da bunların 5-də qoldan qurtulmağa nail olublar. AZAL isə cari mövsümdə penalti ilə cəzalanmayan yeganə komandadır.
Yeddi oğulun bacarığı
Topaz Premyer Liqasının arxada qalan hissəsində 7 futbolçuya 3 və ya daha çox penalti zərbəsi vurmaq nəsib olub. Mütləq rekordçu “Qarabağ”ın braziliyalı legioneri Riçard Almeydadır. O, 5 qolunu 11 metrlik nöqtədən vurub. Cənubi amerikalı kimi 100 faizlik dəqiqlik nümayiş etdirənlərdən Roberto Alviz (Xəzər Lənkəran) 4, Junior Nildo (AZAL) və Juan Manuel Varea (Rəvan) hərəyə 3 dəfə 11 metrlik nöqtədən toru silkələyib. Nikolas Kanales (Neftçi) 4 penalti vursa da, 3 qolunu ağ nöqtədən vurub. Rəşad Sadıqov (Qarabağ) və Zohair Benouahi (AZAL) 3 penaltidən birini qaçırıb.

Klub | penalti | dəqiq | qeyri-dəqiq | dəqiqlik faizi |
Xəzər Lənkəran | 5 | 5 | 0 | 100.0% |
Rəvan | 3 | 3 | 0 | 100.0% |
Kəpəz | 2 | 2 | 0 | 100.0% |
Qarabağ | 8 | 7 | 1 | 87.5% |
AZAL | 6 | 5 | 1 | 83.3% |
Inter | 3 | 2 | 1 | 66.7% |
Simurq | 3 | 2 | 1 | 66.7% |
Neftçi | 7 | 4 | 3 | 56.8% |
Qəbələ | 6 | 3 | 3 | 50.0% |
Sumqayıt | 6 | 3 | 3 | 50.0% |
Turan | 2 | 1 | 1 | 50.0% |
Bakı | 4 | 1 | 3 | 25.0% |
Cəmi | 55 | 38 | 17 | 69.1% |
Yazıq “Turan”, keçilməz “Xəzər Lənkəran”
Hamıdan dəqiq penalti vurmağı bacaran “Xəzər Lənkəran” qapısına təyin olunan zərbələrdə də keçilməzliyi ilə seçilib. Cənublular 3 cəzadan yalnız 1-də qola üzülüblər. “İnter”, “Qarabağ” və “Sumqayıt” isə əksinə, bütün 11 metrlik zərbələri buraxıb.
Hakimlərin penalti ilə cəzalandırdığı komandaların ümumi siyahısına isə “Turan” başçılıq edir. Onlara qarşı amansız olan referilər 12 dəfə qərblilərə sərtə cəza tədbiri görüb. Lakin tovuzlular da bunların 5-də qoldan qurtulmağa nail olublar. AZAL isə cari mövsümdə penalti ilə cəzalanmayan yeganə komandadır.
Klub | penalti | dəqiq | qeyri-dəqiq | dəqiqlik faizi |
Xəzər Lənkəran | 3 | 1 | 2 | 33.3% |
Simurq | 2 | 1 | 1 | 50.0% |
Neftçi | 7 | 4 | 3 | 56.8% |
Turan | 12 | 7 | 5 | 58.3% |
Bakı | 7 | 5 | 2 | 71.4% |
Kəpəz | 7 | 5 | 2 | 71.4% |
Qəbələ | 4 | 3 | 1 | 75.0% |
Rəvan | 5 | 4 | 1 | 80.0% |
Inter | 2 | 2 | 0 | 100.0% |
Qarabağ | 2 | 2 | 0 | 100.0% |
Sumqayıt | 4 | 4 | 0 | 100.0% |
AZAL | 0 | 0 | 0 | - |

0
0