Vaqif Sadıqov: O, ciddi zədə alıb
17.05.2013 - 13:07
Vaqif Sadıqov: O, ciddi zədə alıb
“Komandamızın amerikalı futbolçusu Uill Con harasa getməyib. O, ciddi zədə aldığından son 2 turda bizimlə birgə ola bilmir. Futbolçu əməliyyat olunub”. Bunu apasport.az saytına AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Son 2 turda AZAL-ın əslən Nigeriyadan olan futbolçuları – Uill Con və Usim Nduka komandanın “18-liy”ində yer almır. Milliləşdirilmiş müdafiəçi olan Ndukadan fərqli, aprelin 28-də “Xəzər Lənkəran”la oyunda Conun ehtiyatda qalması, daha sonra isə ümumiyyətlə görünməməsi amerikalı futbolçu ilə yolların ayrılacağına işarə verir.

Ancaq Sadıqov hər 2 futbolçunun “18-liy”ə düşməməsini zədələrinin olması ilə əlaqələndirdi: “Conla hələ müqaviləmiz başa çatmayıb. Sadəcə, komanda ilə birgə məşqlərdə iştirak edə bilmir. Ndukada isə zədə yüngüldür. Yay hazırlıqlarına kimi tam sağlam olacaq. Hələlik, onun yerinə müdafiənin mərkəzində Tural Nərimanova şans verirəm”.

Səbuhi TOFİQOĞLU