Vaqif Sadıqovun iddiası: Nildo AZAL-dan ayrılmayıb
17.05.2013 - 13:35
“Nildo AZAL-dan ayrılmayıb. “Xəzər Lənkəran”ın rəsmi saytı artıq bu haqda yazıb? Bilirsiz, Nildonu tək “Xəzər Lənkəran” yox, başqa klublar da istəyirdi”. Bunu apasport.az saytına AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Yayda Polşadan, daha dəqiq desək, Lençna “Qurnik”indən AZAL-a keçən Nildo Fransa Junior vurduğu 21 qolla “Neftçi”nin çilili hücumçusu Nikolas Kanalesin ən yaxın izləyicisidir. Son 3 turda 5 qol vuran 29 yaşlı braziliyalı bu gün “Xəzər Lənkəran”la müqavilə bağlayıb. Bu isə AZAL-ın məhsuldar futbolçunun yerini yayda mütləq doldurmalı olduğunu göstərir.
Əvvəlcə Vaqif Sadıqov Nildonun “Xəzər Lənkəran”a keçdiyini yalanlamağa çalışsa da, sonradan rəsmi saytda bu haqda məlumatın olması onun həqiqəti deməsinə səbəb oldu: “Təbii ki, mən bombardirimiz kimi onun qalmasını istəyirdim. Ancaq futbolçunu zorla saxlamaq mümkün deyil. “Xəzər Lənkəran” bizə rəsmi şəkildə müraciət etdi və biz də müəyyən para qarşılığında futbolçunu buraxmağa razılıq verdik”.
Üstəlik, AZAL-ın digər aparıcı üzvlərindən sayılan Zuhir Benuahinin ötən yay olduğu kimi komandadan ayrılacağı deyilir. Mərakeşli yarımmüdafiəçis İran klubundan təklif alıb ki, bu da AZAL-ın sabiq albaniyalı yarımmüdafiəçisi Ervin Bulkunun çıxış etdiyi “Sepahan”dır. Sadıqovun bu məsələyə münasibəti belə oldu: “Nildodan fərqli olaraq, Benuahinin bizimlə müqaviləsi mayın sonunda başa çatacaq. O, yayda sərbəst futbolçuya çevriləcək. Bu üzdən onun hansı klubdan təklif alması, kiminlə danışması haqda məlumatlı deyiləm”.
Səbuhi TOFİQOĞLU

0
0