AFFA rəsmiləri Gəncədə kimin evində oldu? - FOTOLAR
17.05.2013 - 14:36
AFFA rəsmiləri Gəncədə kimin evində oldu? - FOTOLAR
AFFA-nın baş katibi Elxan Məmmədov və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov Gəncə şəhərinə səfəri çərçivəsində futbol veteranı Nizami Salahovla görüşüb. Apasport.az saytının məlumatına görə, AFFA rəsmiləri səhhəti ilə əlaqədar Salahovu evində ziyarət edib.

Görüş zamanı futbol veteranlarının diqqət mərkəzində saxlanılmasının assosiasiya üçün əsas vəzifələrdən biri olduğu bildirilib və veteranların futbolumuzun inkişafı məqsədilə gördüyü işlərin heç zaman unudulmadığı qeyd olunub. Sonda Nizami Salahov göstərilən diqqət və qayğıya görə AFFA-ya təşəkkürünü bildirib.