Vobay “Neftçi”dən ayrılır
17.05.2013 - 16:09
Vobay “Neftçi”dən ayrılır
“Neftçi”nin futbolçusu Julius Vobay Syerra-Leone milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, afrikalı yarımmüdafiəçi yığmasının qarşıdakı oyunlarına dəvət alıb.

Orta sahə oyunçusu DÇ-2014-ün seçmə mərhələsinin növbəti 2 matçında millisinə kömək etməlidir. Syerra-Leone millisi iyunun 8 və 15-də müvafiq olaraq Tunis və Kabo Verde ilə qarşılaşacaq.

Qeyd edək ki, Vobay bu mövsüm “Neftçi” ilə Azərbaycan çempionu titulunu qazanıb.