Het-trik edən futbolçu ən yaxşı seçildi
17.05.2013 - 16:40
Het-trik edən futbolçu ən yaxşı seçildi
Topaz Premyer Liqasında XXXI turun rəmzi komandası məlumdur. Apasport.az saytının məlumatına görə, Instat Football şirkətinin PFL-ə təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı: Səlahət Ağayev (Sumqayıt)

Müdafiəçilər: Slavik Alxasov, Murat Doymuş (hər ikisi “Sumqayıt”), Dilaver Zrnanoviç, İlkin Qırtımov (hər ikisi “Simurq”);

Yarımmüdafiəçilər: Ruslan Tağızadə, Taqim Novruzov (hər ikisi AZAL), Dodo (Qəbələ), Pəvin Paşayev (Kəpəz);

Hücumçular: Junior Nildo (AZAL), Muarem Muarem (Qarabağ).

Ötən turun ən yaxşı oyunçusu və qapıya doğru ən çox dəqiq zərbə endirən “Kəpəz”dən Pərvin Paşayev olub. Mingəçevir futbolunun yetirməsi ötən tur “Turan”la matçda biri penaltidən olmaq şərtilə het-trikə imza atıb.

“İnter”in dayaq yarımmüdafiəçisi İlqar Ələkbərov fərqlənib. Gənc oyunçu ən çox dəqiq ötürmə edən futbolçudur.

“Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov turun ən çox qayda pozuntusuna yol verən, eyni zamanda rəqibdən daha çox top götürən oyunçusudur. Onun sloveniyalı komanda yoldaşı Deyan Kelhar isə hava mübarizələrində hamıdan üstün olub.