“Bakı”nın futbolçusu Kabo-Verde adalarında oynayacaq
17.05.2013 - 16:52
Syerra-Leone yığmasının sabiq isveçli çalışdırıcısı Lars-Ulof Mattssonun yerinə təyin olunmuş Conni Makkinstri millinin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı məşqçi 24 futbolçuya dəvət göndərib.
Belə ki, Şimali İrlandiyadan olan gənc çalışdırıcı “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobaydan başqa, “Rəvan”dan Samuel Barlay və “Bakı”dan İbrahim Karqboya da dəvət göndərib. Bundan başqa, qışda “Rəvan”dan ayrıldıqdan sonra klubsuz qalan Şeriff Suma da heyətdə yer alıb.
Qeyd edək ki, Syerra-Leone yığması DÇ-2014-ün seçmə mərhələsində iyunun 8-də Afrika qitəsinin ən güclülərindən sayılan Tunisi evdə qəbul edəcək. Bundan sonra vaxtilə Portuqaliyanın müstəmləkəsi olmuş Kabo-Verde adalarına səyahət gözləyir. Kabo-Verde ilə qarşılaşma iyunun 15-də olacaq.

0
0