“Bakı”nın futbolçusu Duysburqa dəvət olundu
17.05.2013 - 17:58
“Bakı”nın futbolçusu Duysburqa dəvət olundu
Latviya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 28-də Türkiyə milli komandası ilə keçiriləcək matça Topaz Premyer Liqasında çıxış edən 2 futbolçu da çağırılıb.

Belə ki, Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov “Bakı”da işlədiyi vaxt rəhbərliyi altında oynamış Denis İvanov və AZAL-ın futbolçusu Oskar Klyavanı milliyə cəlb edib. Müdafiəçilər mayın 20-də başlayan təlim-məşq toplanışında yığmaya qoşulacaq.

Qeyd edək ki, Türkiyə və Latviya milliləri arasında yoxlama oyunu Almaniyanın Duysburq şəhərində keçiriləcək.