Ferqyusson ən yaxşı məşqçi, Beyl ən yaxşı oyunçu seçildi
17.05.2013 - 19:26
Bu mövsüm İngiltərə Premyer Liqasında ən yaxşı baş məşqçi və oyunçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 27 ildir “Mançester Yunayted”i çalışdıran və mövsümün sonunda komandadan gedəcək olan şotlandiyalı mütəxəssis Aleks Ferqyusson ən yaxşı məşqçi seçilib.
Digər nominasiyaya isə “Tottenhem”in yarımmüdafiəçisi layiq görülüb. Bu, Uels milli komandasının futbolçusu Qaret Beyldir.
Qeyd edək ki, Ferqyusson bu mövsüm “qırmızı şeytanlar”ın 20-ci, özünün isə “Mançester Yunayted”də 13-cü çempionluğunu qazanıb. “Tottenhem”in heyətində 32 matçda meydana çıxan Beyl isə London klubunda ilk dəfə bu ada layiq görülüb.

0
0