Neymar “Barselona”ya gedir
17.05.2013 - 19:50
Neymar “Barselona”ya gedir
Son illər Braziliya futbolunun yetişdirdiyi ən böyük ulduz futbolçularından olan Neymarın uzun müddətdir hansı kluba keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, gənc hücumçunun çıxış etdiyi “Santos”un vitse-prezidenti Odilio Rodriqes bunlara münasibətini bildirib.

O, braziliyalı futbolçunun “Barselona”ya getmək istədiyini ifadə edib: “Neymar bizə “Barselona”ya transfer olmaq istədiyini söylədi. Digər komandalarla da danışıqlar aparılır. Lakin onun istəyi Kataloniya klubudur. Bu vaxta qədər “Real”dan rəsmi təklif gəlmədi, amma Madrid təmsilçisindən də bir təklif gələcəyini bilirəm”.

Qeyd edək ki, “Barselona” və “Real”dan başqa Neymarla “Bavariya” da yaxından maraqlanır.
0