“Milan” Alonso üçün “Real”a 15 milyon avro verəcək
17.05.2013 - 20:17
Növbəti mövsümə iddialı bir heyət qurmaq istəyən “Milan” indidən transfer hazırlıqlarına başlayır. Apasport.az saytının məlumatına görə, “rossonyerlər”in ilk hədəfi isə İspaniya nəhəngi “Real”ın yarımmüdafiəçisi Xabi Alonsodur.
Milanlılar artıq ispan klubunun futbolçusu üçün rəsmi təklif göndərməyə hazırdırlar. İtaliya mətbuatı iddia edir ki, “Milan” Alonsonu heyətinə qatmaq üçün “Kral klubu”na 15 milyon avro verməyi düşünür.
Daha bir iddia isə Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2014-cü ildə başa çatacaq olan Xabi milanlılardan 3 illik müqavilə və ilinə 4 milyon avro istəyib.

0
0