“Aleks Ferqyussondan sonra çətin olacaq”
17.05.2013 - 23:05
“Aleks Ferqyussondan sonra çətin olacaq”
“Yenidən Liverpula qayıdacağımı düşünmürəm. “Everton”a böyük hörmətim var. Moyes bu klubda əla iş gördü”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Rafael Benites deyib.

İspaniyalı çalışdırıcı İngiltərə Premyer Liqasının sonuncu - XXXVIII turunda “Everton”la görüşdən öncə fikirlərini açıqlayıb.

O, Liverpul təmsilçisinin baş məşqçisi Devid Moyesin yeni işindən də danışıb: “Devid komandasını bir neçə il ilk “səkkizlik”də, “alıtlıq”da və “beşlik”də saxladı. Mən “Liverpul”da işləyən zaman “Everton”la rəqib idik. Həmçinin, bazar günü də onlarla üz-üzə gələcəyik. Oyun başa çatandan sonra Moyesə yeni işində uğurlar arzulayacağam. Aleks Ferqyussondan sonra “Mançester Yunayted”də eyni uğura nail olmaq çətin olacaq. Bu mümkün deyil. Əgər şotlandiyalı çalışdırıcı onu dəstəkləyəcəksə, bu, Devid üçün yaxşı olacaq”.

Qeyd edək ki, “Çelsi” – “Everton” matçı mayın 19-da keçiriləcək.