Joze Mourinyonun ən uğursuz mövsümü
18.05.2013 - 03:42
Joze Mourinyonun ən uğursuz mövsümü
“Bu mövsüm bizim üçün yaxşı olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı çalışdırıcı İspaniya Kral kubokunun finalında “Atletiko”ya 2:1 hesabı ilə məğlub olmalarına şərh verib: “Nə vaxt hər şey əla gedir, onda məşqçi yaxşıdır. Əgər uğursuz çıxış edirsən, həmin zaman məşqçi günahkardır. Bu mənim karyeram ərzində ən pis mövsümdür. Əvvəl heç vaxt belə olmayıb. Mövsüm ərzində heç bir önəmli titul qazanmadım. Super kubokdan sonra böyük bir kubok əldə edə bilmədik”.

Mourinyo gələcək karyerası haqqında da fikirlərini bildirib: “Mənim hələ “Real”la 3 illik müqaviləm var. Klubun prezident ilə də bunu müzakirə etmədim. Biz onunla İspaniya çempionatı başa çatdıqdan sonra görüşəcəyik”.