“İnter” qalib gəldi, “Neftçi” mövsümü məğlub başa vurdu - YENİLƏNİB
19.05.2013 - 21:21
“İnter” qalib gəldi, “Neftçi” mövsümü məğlub başa vurdu - YENİLƏNİB
Bu gün Topaz Premyer Liqasında mövsümün son turu start götürüb. Apasport.az saytının məlumatına görə, ilk matç günü 3 qarşılaşma baş tutub.

Turun ilk günündə ilk “altılıq” komandaları görüşüb. Bu matçlarda yalnız 5-6-cı yerlərin taleyinə aydınlıq gəlib. Belə ki, “Qəbələ” səfərdə “İnter”in qonağı olub. Əyalət təmsilçisi bu görüşdə mütləq qələbə qazanmalı idi ki, özündən 1 pillə yuxarıda qərarlaşan “Bakı”nı geridə qoysun. Lakin “bankirlər” meydandan qalib ayrılıblar - 1:0.

Günün 2-ci görüşündə isə “Qarabağ” “Simurq”u sınağa çəkib. Bu görüşdə isə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, hesab açılmayıb - 0:0.

İlk “altılıq”da mübarizəyə 8-ci km stadionunda yekun vurulub. “Bakı” ilə paytaxt derbisinə çıxan “Neftçi” təmin olunan çempionluğunu bayram edib. Qarşılaşmada isə azarkeşlər tək qola şahidlik ediblər. Matçın 76-cı dəqiqəsində Lukas Mario Horvatın vurduğu top “zolaqlılar”a 3 xal qazandırıb.

Beləliklə, çempion “Neftçi” mövsümü məğlub başa vurub.

Qeyd edək ki, turun digər oyunlarında AZAL “Kəpəz”i, “Turan” “Sumqayıt”ı, “Xəzər Lənkəran” isə “Rəvan”ı qonaq edəcək. Görüşlərin hər üçü sabah keçiriləcək.


Topaz Premyer Liqası, XXXII tur
19 may (bazar)


“Neftçi” – “Bakı” - 0:1
QOL: Lukas Mario Horvat, 76
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev
Əlavə köməkçilər: Fariz Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
8-ci km stadionu
Komandaların cari mövsümdəki oyunları – 2:1, 1:1, 1:1

“Neftçi”: 12. Emil Balayev, 3. Denis Silva Kruz, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (k), 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 2. Xose Luis Kabion, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 14. Bahodir Nasimov, 17. Araz Abdullayev, 20. Eşqin Quliyev
Baş məşqçi: Böyükağa Hacıyev

“Bakı”: 1. Kamran Ağayev (k), 2. Edemir Rodriqes, 3. Denis İvanov, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 10. Lukas Mario Horvat, 7. Deyvidas Çesnauski, 77. Aleksandar Soliç, 88. Cavid Hüseynov, 11. Elvin Məmmədov, 24. Marius Pena
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 17. Mario Rubio, 22. Risto Ristoviç, 18. Vadim Abdullayev, 8. Xavyer Junior Vilson, 19. Nurlan Novruzov, 36. Uinston Parks
Baş məşqçi: Bojidar Bandoviç


“Qarabağ” – “Simurq” - 0:0
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, İsgəndər Əliyev, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
T. Bəhramov adına Respublika stadionu
Komandaların cari mövsümdəki oyunları – 0:0, 2:1, 0:1

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Branimir Subaşiç, 18. İlqar Qurbanov, 24. Admir Teli, 25. Ansi Aqolli, 27. Elvin Musazadə, 32. Toğrul Bilallı, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 3. Kamil Hüseynov, 9. Tural İsgəndərov, 15. Emeka Opara
Baş məşqçi: Qurban Qurbanov

“Simurq”: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Oliveyra, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 13. Aleksandr Şemponayev, 20. Rəşad Eyyubov, 21. Murad Səttarlı, 28. Nenad Kiso
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 10. Zdravko Popoviç, 17. Rüstəm Məmmədov, 35. Arzuman Nəsibov, 62. Cavad Kazımov, 66. Ruslan Getman, 15. Stepan Polyak
Məşqçi: İqor Getman


“İnter” – “Qəbələ” - 1:0
QOL: Ramil Mansurov, 87
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Şəfa” stadionu
Komandaların cari mövsümdəki oyunları – 0:1, 2:1, 2:1

“İnter”: 1. Georgi Lomaya (k), 5. Slavço Georgievski, 20. Brüs Abdullay, 25. İbrahima Niasse, 7. Ruslan Əmircanov, 18. İliay Kandelaki, 47. Abdulla Abatsiyev, 87. İlqar Ələkbərov, 30. Yuri Fomenko, 28. Baçana Sxadadze, 11. Asif Məmmədov
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 15. Cəmil Hacıyev, 29. Ruslan Cəfərov, 77. Ramil Mansurov, 21. Arif Daşdəmirov, 9. Daniel Genov, 91. Leonardo Roşa
Baş məşqçi: Kaxaber Sxadadze

“Qəbələ”: 30. Anar Nəzirov, 6. Nikola Valentiç, 8. Kristian Pulhak, 14. Mustafa Dabo, 15. Omar Kalaban, 21. Elmar Baxşıyev (k), 23. Şəhriyar Xəlilov, 34. Ürfan Abbasov, 35. Tərzin Cahangirov, 37. Kamal Mirzəyev, 84. Deyan Kelhar
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Luka Zinko, 11. Yannik Kamanan, 19. Rövşən Əmiraslanov, 28. Müşfiq Teymurov, 31. Ramazan Həsənov, 99. Amil Yunanov
Məşqçi: Luis Araqon

komandaoqhmtx
1
Neftçi
32
19
5
8
59-32
62
2
Qarabağ
32
16
11
5
43-26
59
3
İnter
32
16
9
7
38-22
57
4
Simurq
32
12
12
8
32-26
48
5
Bakı
32
9
14
9
33-27
41
6
Qəbələ
32
10
8
14
32-40
38
7
AZAL31
15
9
7
53-32
54
8
Xəzər L
31
10
10
11
39-35
40
9
Rəvan
31
11
4
16
44-53
37
10
Sumqayıt
31
9
8
14
30-47
35
11
Turan
31
7
6
18
32-58
27
12
Kəpəz
31
5
4
22
23-60
19

Bombardir: Nikolas Kanales (Neftçi) – 26