Çempionlar Liqasının finalçısı: Azərbaycan klubuna keçə bilərəm
18.05.2013 - 12:07
İranın “Traktorsazi” klubunun baş məşqçi postunu tərk edən Toni karyerasını Azərbaycan klublarından birində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu portuqaliyalı mütəxəssisin özü açıqlayıb.
Tam adı Antonio Joze Konseysao Oliveyra olan 67 yaşlı məşqçi daha çox Toni kimi tanınıb. Son 11 ildə Asiya ölkələrində - Çində, Ərəbistan yarımadası və İranda çalışan mütəxəssis Portuqaliyaya qayıtmağa tələsmədiyini bildirib. Ölkə xaricində özünü göstərmək üçün enerjisinin tükənmədiyini açıqlayan Toni mümkün variantları da gizlətməyib: “Xarici klublarda çalışmaq üçün kifayət qədər gücüm var. Azərbaycan. Qazaxıstan və İran klubları indi yay fasiləsinə çıxır. Bu ölkələrdə baş məşqçisini istefaya göndərənlər var. Mənim üçün də orada müəyyən variantlar var və həmin klublardan birinə keçə bilərəm. Alacağım xəbərdən sonra gələcək karyeramla bağlı suala ta aydınlıq gələcək”.
Qeyd edək ki, Avropada “Benfika” (Portuqaliya), “Bordo” (Fransa) və “Sevilya” (İspaniya) klublarınmı çalışdıran Toni əsas uğurlarını Lissabon təmsilçisi ilə qazanıb. 2 ölkə çempionluğu və 2 gümüş mükafat, ölkə kuboku və daha 1 dəfə finalçı olan Toninin yetirmələri 1987/88 mövsümündə Çempionlar Liqasının (o avxt çempionlar kuboku adlanırdı) finalçısı olub. Həlledici qarşılaşmada onun yetirmələri penaltilər seriaysında Hollandiya PSV-sinə uduzub.

0
0