AZAL “Xəzər Lənkəran”a hücum edir
18.05.2013 - 13:06
Topaz Premyer Liqasının son turu mövsümün ikinci “abunə” faktını rəsmiləşdirə bilər. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ilk 3 çempionat oyununda “Kəpəz”i xala həsrət qoyan AZAL 4-cü qələbəsini qazanmaqla mütləq göstəriciyə imza atacaq.
Belə ki, “təyyarəçilər” ilk 3 matçda da rəqibinə gücünü göstərib - 3:0, 3:1, 2:0. Vaqif Sadıqovun yetirmələri bunu bacarsa, mövsümdə 2-ci belə hadisə gerçəkləşəcək.
AZAL-ın rekordunu təkrarlamaq istədiyi komanda isə “Xəzər Lənkəran”dır. Cənublular da məhz Gəncə təmsilçisindən 12 xal almağı bacarıb - 4:0, 2:1, 1:0, 2:1.
4-cü – sonuncu dövrə ərəfəsində rəqibini 3 dəfə məğlub edən digər 3 komanda son matçında poker imkanını qaçırıb. “Qarabağ” “Neftçi”yə (2:1, 1:0, 1:0) 1:2 hesabı ilə uduzub, sonuncular isə “Simurq”a (2:0, 2:1, 1:0) xal verib – 1:1. İkinci “altılıq”da isə “Turan” (5:1, 2:1, 1:0) “Kəpəz”ə 3:5 hesabı ilə yenilib.
Qeyd edək ki, “İnter”in prezidenti Georgi Nikolov vaxtilə saytımıza açıqlamasında 1 komandanın eyni rəqibə daim uduzmasını onun “abunəçisi” olması ilə izah etmişdi.

0
0