Paytaxt klubundan 4-cü çempionluq
18.05.2013 - 15:35
Avropanın daha bir ölkəsində çempionun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, MOİK Rusiya Premyer Liqasının sonuna 1 tur qalmış qızıl medalları təmin edib. Paytaxt klubu buna öz meydanında “Kuban”la heç-heçə etməklə nail olub.
İndi moskvalılar ən yaxın izləyicisi “Zenit”i 6 xal qabaqlayır. Bu turda meydana çıxmayan sankt-peterburqlular hər 2 oyunda qalib gəlsə belə çempionluq MOİK-in olacaq. Çünki Rusiyada əsasnaməyə görə daha çox qələbə qazanan komanda öndə olur. “Zenit” isə bu göstəricidə MOİK-ə çata bilməyəcək.
Qeyd edək ki, 2003, 2005 və 2006-cı illərdə də çempion olan MOİK 4-cü dəfə Rusiyanın ən yaxşısı oldu. “Hərbçilər” bununla da Çempionlar Liqasının qrupunda mübarizə aparacaq.

0
0