Millimizin hücumçusu 13 dəqiqə oynadı
19.05.2013 - 17:57
Bu gün Türkiyə Superliqasının XXXIV – sonuncu turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” səfərdə “Elazığspor”la münasibətlərinə aydınlıq gətirib.
Görüşdə qalib müəyyənləşməyib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu matçda yığmamızın üzvü də iştirak edib. Özkara oyunun 77-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 34 oyundan 44 xal toplayan Cihanın komandası turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

0
0