Kaxaber Sxadadze: Gələn il çox dəyişikliklər olacaq
19.05.2013 - 18:32
“Komandamı oyuna və qazanılan qələbəyə görə təbrik edirəm. Son oyun olmasına baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Bu, əsl peşəkarlıqdır”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXXII - mövsümün son turunda “Qəbələ” (1:0) üzərində qazanılan qələbəni dəyərləndirib: “Komandada gələn il çox dəyişikliklər olacaq, layiqli futbolçular axtarışındayıq. Hər bir komandanın qarşısında minimal və maksimal hədəflər durur. Biz həmişə çempionluğa oynamışıq. Təəssüf ki, bu il alınmadı, üçüncü yeri tutduq. Lakin komandamın bu nəticəsini çox yaxşı sayıram. Minimal xərclə maksimum uğur əldə etməyə çalışırıq. Oyunumuzda daha çox ustalıq çatışmır. Transfer siyasətində daha diqqətli olacağıq. Ustalıq səviyyəsi yüksək olan futbolçular transfer etməliyik”.
Mənbə: pfl.az

0
0