“Qarabağ”a Avroliqada uğurlar arzulayıram”
19.05.2013 - 20:05
“Qarabağ”a Avroliqada uğurlar arzulayıram”
“Bu oyunun turnir cədvəli baxımından heç bir əhəmiyyəti olmasa da, hər iki komanda yaxşı oyun göstərmək istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un məşqçisi İqor Getman deyib.

O, Topaz Premyer Liqasının XXXII - mövsümün son turunda “Qarabağ”la səfərdə qolsuz bərabərə qalmalarına şərh verib: “Qarabağ” çox texnikalı komandadır. Bu səbəbdən oyuna ehtiyatla başladıq. Hər iki komandanın futbolçularına yaxşı oyuna görə təşəkkür edirəm. “Qarabağ” klubuna Avroliqada uğurlar arzulayıram”.

Mənbə: pfl.az