Cihan Özkaranın komandası başsız qaldı
19.05.2013 - 21:02
Cihan Özkaranın komandası başsız qaldı
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” başsız qalıb. Apasport.az saytının məlumatına görə, Sivas klubunun baş məşqçisi Rza Çalımbay növbəti dəfə istefa verdiyini açıqlayıb.

O, Türkiyə Superliqasının XXXIV – sonuncu turunda səfərdə “Elazığspor”la (0:0) qarşılaşmadan sonra komandası ilə çıxdığı son matçı olduğunu bildirib: “Bu, mənim “Sivasspor”la son oyunum oldu. Ötən həftə də rəhbərliyə komandadan gedəcəyimi dedim və onlarla da yaxşı bir şəkildə danışıb, ayrıldım”.

Qeyd edək ki, Rza Çalımbay ötən tur da “Karabükspor”la oyundan sonra istefa verdiyini açıqlamışdı.