“Xəzər Lənkəran”dan da, “Neftçi”dən də təklif almışam” - MÜSAHİBƏ
20.05.2013 - 10:41
“Simurq”un kapitanı Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- Kapitan başa çatan mövsümə necə qiymət verərdi?
- Bizim üçün yaxşı keçdi. Hər halda, 4-cü yer pis deyil. Çempionatın əvvəlində heç kim belə nəticə qazanacağımızı gözləməzdi. Qarşımıza ilk “altılığ”a düşmək vəzifəsi qoyulmuşdu. Ancaq həm buna nail olmağımız, həm də mükafatlar uğrunda mübarizə aparmağımız sevindirici haldır.
- Bütün hallarda, avrokuboklara vəsiqə qazana bilmədiniz...
- Düzdür, Avropaya çıxmaq istəyimiz alınmadı. Buna yersiz xal itkiləri təsir etdi. Ancaq belə büdcə ilə 4-cü yeri də uğur sayıram.
- “Simurq”la müqaviləniz bitir. Gələcək taleyinizi necə görürsünüz?
- Yəqin ki, bu komandada qalmayacam. Karyeramı başqa klubda davam etdirməyi düşünürəm.
- Uzun illər şərəfini qoruduğunuz Zaqatala təmsilçisindən niyə getmək istəyirsiniz?
- Hər halda, ömürlük bir klubda qalası deyilik. Mən bir yerdə dayanmaq yox, irəli addımlamaq istəyirəm.
- Yəqin ki, artıq milli üzvü olduğunuza görə daha iddialı kluba keçmək fikrindəsiz...
- Bəli. Karyeramı böyük klubların birində davam etdirmək istəyirəm. İstəyirəm ki, böyük klubda oynayım, ordan da Avropaya çıxım. Azərbaycanın güclü klublarından təkliflərim də var.
- Son qərarınızı vermisiniz?
- Hələ klub seçimi etməmişəm. 1-2 günə hər şey bilinər.
- “Xəzər Lənkəran”a keçəcəyiniz gözlənilir. Bununla bağlı nə deyə bilərdiniz?
- Həqiqətən də “Xəzər Lənkəran”a keçmək variantım var. Ancaq mənə təkliflər gəlir. “Xəzər Lənkəran”dan da təklif almaşam, “Neftçi”dən də.
- Belə demək olar ki, yekunda Lənkəranı seçəcəksiniz?
- “Xəzər Lənkəran” güclü klubdu, hər il mükafatlara iddialı olur. Növbəti mövsümdə daha güclü olacaq, çempionluğa oynayacaq. Komandanın böyük dəstək verən azarkeşləri var. Mən də belə yerdə oynamaq, səviyyəmi yüksəltmək istərdim. Üstəlik, Con Toşak kimi tanınmış baş məşqçisi var. Yaxın günlərdə yekun qərarımı verəcəyəm.
Mehman SÜLEYMANOV

0
0