“Biz rəqabətə görə xaricə üz tuturuq” - MÜSAHİBƏ
20.05.2013 - 10:56
“Kiprdə qazana bilmədiyim çempionluq və kuboku əldə edəcəyik”
“Bakı”nın futbolçusu Mario Martines Rubio İspaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ispaniyalı legioner vətəninə qayıtmağa tələsmədiyini və karyerasını ölkə xaricində davam etdirmək arzusunu gizlətməyib.
- Təxminən 1 ildir İspaniyanı tərk etmisiniz. Legioner həyatı yaşamaq istəyiniz nə ilə bağlıdır?
- Vətəni tərk etdiyim vaxt özümü Avropanın başqa liqalarında sınağa qərar vermişdim. Başqa ölkələrin futbol həyatı ilə tanış olmaq istəyirdim. Hələ İspaniyadan kənarda oynamaq üçün ilk təklifi alanda bu mənə maraqlı və cəlbedici görünmüşdü.
- Legioner kimi ilk klubunuz olan “Alki”də uzun müddət qalmayıb Kiprin digər klubu “Olimpiakos”a keçdiniz. Bu nə ilə bağlı idi?
- “Alki”də problemlər yaranmışdı. Müqaviləni pozmaq qərarına gəldim. “Olimpiakos”dan təklif alan kimi elə Kiprdə qalmağı məqsədəuyğun saydım.
- Bu ölkədə 1 il oynamadan Azərbaycana getdiniz. “Bakı” necə klubdur ki, siz ota keçdiniz?
- İndiki klubum həqiqətən güclü komandadır. İnfrastruktur isə diqqətçəkicidir. Mən də burada xoşbəxtəm. Çempionatda uğursuz çıxış etdiyimizdən məqsədimiz kubokun finalına yüksəlmək idi. Çünki finaldakı rəqibimiz çempion olacaqdı. Lakin yarımfinalda mübarizəni dayandırdıq. Avrokuboklara da vəsiqə qazana bilmədik. Bu il bizim üçün çətin oldu.
- “Bakı”dan ayrılıb İspaniyaya qayıtmaq fikriniz yoxdur?
- Vətənimdəki rəqabət böyükdür. Orada işlərimiz çox çətin olur. Ona görə də bizlər rəqabətə görə xaricə üz tutmağa məcbur oluruq. Əslində, mən harada olsam, orada xoşbəxtəm. İndiki klubumda daha 1 il qalacağıma ümid edirəm. Əks halda, özümü başqa liqalarda sınayacağam.
- Bundan sonra titul qazanmaq haqda düşünürsüzmü?
- Karyeram ərzində 1 dəfə - “Numansiya” ilə Sequndanın çempionluğunu qazanmışam. İndi komandamız gələn mövsüm üçün bütün mövqeləri gücləndirməkdədir. Ümid edirəm ki, həmin vaxt Kiprdə qazana bilmədiyim çempionluq və kuboku əldə edəcəyik.

0
0