“Neftçi”: 3, 2, 1
20.05.2013 - 11:37
Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan “Neftçi” uğursuz ənənəsini yenə davam etdirdi. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ötən 2 mövsümdə olduğu kimi, bu dəfə də qızıl medalları təmin etdikdən sonra qələbə qazana bilmədi.
Bakılılar 2010/11 mövsümündə XXIX, 2011/12 mövsümündə XXX, 2012/13 mövsümündə XXXI turunda 1-ci yeri təmin edib. “Neftçi” hər dəfə buna nail olduqdan sonra rəqiblərini xalsız qoymayıb.
2 il əvvəlki mövsümdə “İnter”lə 0:0 heç-heçə etdikdən sonra “Qarabağ” qarşısında biabır olan (0:3) çempion son matçında, “Xəzər Lənkəran”la “sülh” bağlamışdı - 1:1. Arif Əsədovun yetirmələri çempion kimi çıxdıqları son 3 matçda 2 xal əldə etmişdi.
Növbəti 2 çempionluğun memarı olan Böyükağa Hacıyev isə son matçları uduzmağa adət edib. 2011/12 mövsümündə çempionluq təmin ediləndən sonra “Neftçi” ilə görüşən hər komandanın 3 xalı “cibində” idi. Əvvəl “Bakı”ya 0:2 uduzan “ağ-qaralar” ardınca “Qəbələ” qarşısında aciz qalmışdı - 0:1. Bu dəfə də Hacıyevli “Neftçi” çempionluğu məğlubiyyətlə bayram etdi. Özü də yenə vaxtilə çalışdırdığı “Bakı”ya 0:1 hesabı ilə uduzmaqla.

0
0