“Xəzər Lənkəran” elə-belə komanda deyil”
20.05.2013 - 12:00
“Neftçi” klubunun hücumçusu Nikolas Kanalesin apasport.az saytına müsahibəsi
- Azərbaycanda oynadığınız ilk mövsümdəcə çempion oldunuz, eyni zamanda bombarlirlər yarışına başçılıq edirsiniz. Tez bir zamanda bu uğura necə nail oldunuz?
- İlk mövsümüm olmasına baxmayaraq, yekundan çox razıyam. Çünki komandamla çempionluq sevinci yaşadım, həm də bombardirəm. Nəticələr onu göstərir ki, çox uğurlu mövsüm keçirdik. Çempion olmaq arzumuz idi, reallaşdırdıq.
- Mövsüm haqda nə deyə bilərsiniz? Məqsədə çatmaq çoxmu çətin oldu?
- Fikrimcə, bu il qazanılan çempionluq daha ağır oldu. İddialı komandaların sayı çox idi. Sonadək mübarizə getdi.
- Ancaq son 3 oyunda cəmi 2 xal qazandınız. Bu nədən irəli gəlir: arxayınçılıqdan, yoxsa yorğunluqdan?
- Xal lazım oldu-olmadı biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Xal itirməyimizə gəldikdə, "Qəbələ" ilə səfərdə qarşılaşırdıq. Rəqib yaxşı komanda idi.
- Bəs mükafatlandırma mərasiminə niyə qələbə ilə yollana bilmədiniz?
- Biz artıq çempionluğu təmin etmişdik. Məncə, uşaqlar meydana bir qədər arxayın çıxdılar. Buna görə də, məğlub olduq.
- "Neftçi" ilə müqaviləniz başa çatmaq üzrədir. Komandada qalmaq haqda düşünürsüz?
- Bu işlərlə menecerim məşğul olur. O, Bakıya gələcək və komanda rəhbərliyi ilə danışıqlar aparacaq.
- Yəqin ki, uğurlu çıxışdan sonra məvacibinizin artırılmasını istəyəcəksiniz?
- Hələ bilmirəm.
- "Neftçi" üçün daha bir cavab oyun qalıb. "Xəzər Lənkəran"la qarşılaşacaqsınız. Həmin görüşdə kuboku qazanmaq qismətiniz olacaqmı?
- 2 gün dincələcəyik. Bərpa prosesi keçdikdən sonra oyuna hazırlaşacağıq. “Xəzər Lənkəran” elə-belə komanda deyil. Çətin qarşılaşma olacaq. İstəyirik ki, mövsümü "qızıl dubl"la başa vuraq.
- Bu karyeranızda ilk çempionluq idi?
- Buna qədər bir dəfə də Sequndada çempionluq sevinci yaşamışam. Bu artıq ikinci qızıl medalımdır.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0